Azərbaycanda məşhur estetik cərrah öz həmkarından polisə şikayət edib. Azərbaycanda məşhur estetik cərrah öz həmkarından polisə şikayət edib.
  • Toplum
  • 13 Noyabr 2018 16:36
  •  2 023

Məşhur estetik cərrah öz həmkarını polisə verdi

Azərbaycanda məşhur estetik cərrah öz həmkarından polisə şikayət edib.

Xətai Rayon Polis İdarəsinə müraciət edən estetik cərrah Siruz Qoçxani bildirib ki, həmkarı Pərviz Əhmədov cərrahi əməliyyatlardan əvvəl və sonra çəkilən və ona məxsus peşə fəaliyyətində xüsusi önəm kəsb edən şəkilləri icazəsiz və qanunsuz olaraq ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

S.Qoçxani Baku Medica Plaza xəstəxanasında çalışır. Əvvəllər S.Qoçxani və P.Əhmədov arasında münasibətlər yaxın olub.

Qeyd edək ki, hər iki həkimin adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.(report.az)

© AzNews.az