Politoloq Avropa ordusu ideyasının birbaşa ABŞ-ın maraqlarına toxunduğunu bildirib. Politoloq Avropa ordusu ideyasının birbaşa ABŞ-ın maraqlarına toxunduğunu bildirib.
  • Qərb
  • 15 Noyabr 2018 16:36
  •  1 779

Makrondan Trampa zərbə: Gələcək 10 ildə...

Politoloq Avropa ordusu ideyasının birbaşa ABŞ-ın maraqlarına toxunduğunu bildirib.

Avropa ordusu ideyası NATO-da ikiqütblülüyü daha da dərinləşdirəcək.

Bu sözləri politoloq İlqar Vəlizadə deyib. Ekspert bu ideyanın yaranmasında 80-90-cı illərdə Almaniya kansleri Helmut Koll və Fransa Prezidenti Fransua Mitteranın rolunun böyük olduğunu bildirib:

“Hətta həmin dövrdə Almaniya və Fransa birgə hərbi korpus da yaratmışdı. Lakin Avropa ordusu ideyası 2009-2010-cu illərdə yenidən gündəmə gəldi və son dövrlərdə daha çox inkişaf etməyə başladı. İdeyanın hazırkı dəstəkçiləri Angela Merkel, Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Fransa Prezidenti Emmanuel Makrondur. Ötən illər ərzində müəyyən dərəcədə transformasiya yolu keçən ideya artıq reallaşma mərhələsinə çatıb. Ümumiyyətlə, hazırda bir çox Avropa ölkəsində qarışıq hərbi briqadalar fəaliyyət göstərir. Məsələn, Litvadakı briqadada Almaniya hərbçiləri, Rumıniyadakı briqadada rumınlarla yanaşı, alman və italyan hərbçiləri birgə fəaliyyət göstərirlər”.

Politoloq Avropa ordusu ideyasının birbaşa ABŞ-ın maraqlarına toxunduğunu bildirib:

“Sözügedən ideya NATO-da ikiqütblülüyün dərinləşməsinə yol aça bilər. Vaşinqton isə bunun əleyhinədir, çünki NATO-da ikiqütblülüyün dərinləşməsi ABŞ-ın nüfuzuna ciddi şəkildə mənfi təsir göstərir. Hətta ABŞ hazırda bunu aradan qaldırmağa çalışır. Bütün hallarda sözügedən ideya konkret ABŞ-ın regionda siyasi nüfuzunu minimuma endirməyə hesablanıb. Avropa ölkələri hərbi-siyasi strategiyalarını özləri müəyyən etməkdə israrlıdırlar. Ancaq ordu formalaşsa belə, 10 il ərzində fəaliyyət göstərməyəcək. Bu baxımdan da Avropanın digər regionlardakı gələcək xarici siyasətindən danışmaq hələ çox tezdir”.(axar.az)

© AzNews.az