"İki ölkə dəmir yolları arasında qarşılıqlı əlaqə ənənəvidir". "İki ölkə dəmir yolları arasında qarşılıqlı əlaqə ənənəvidir".
  • Toplum
  • 18 Noyabr 2018 22:22
  •  1 410

Azərbaycan Belarusla saziş imzaladı

"İki ölkə dəmir yolları arasında qarşılıqlı əlaqə ənənəvidir".

“Belarus Dəmir Yolları” Dövlət Birliyi və “Azərbaycan Dəmir Yolları” QSC bu gün ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökümətlərarası komissiyasının 11-ci iclasının yekunları üzrə qarşılıqlı faydalı əməkdaşlıq haqqında saziş imzalayıblar.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Belarusun "BELTA" agentliyi xəbər yayıb.

“Belarus Dəmir Yolları”nın rəisi Vladimir Morozov bildirib ki, İ, bağlanmış saziş artıq mövcud işlərin formallaşdırılması üçün deyil, həm də bu layihə yeni təkan verəcək.

“Belarus və Azərbaycan arasında daha rahat və sabit nəqliyyat əlaqələrinin qurulması nəzərdə tutulur. Xüsusən “Şimal-Cənub” inkişaf etdirilməsi, Hindistan, İran, Azərbaycan və Belarusdan yüklərin nəqli üçün şərait yaradılması çox vacibdir. İmzalanan saziş tarif və texnoloji istiqamətlər üzrə işçi qrupların yaradılmasını da nəzərdə tutur”.

Morozov əlavə edib ki, 2 ölkə arasında yüklərin 96 faizi dəmir yolu vasitəsi ilə daşınır:

“Biz həcmin artırılmasında maraqlıyıq. Bunun üçün uyğun tariflər, yaxşı logistika xidmətləri, heyət, eləcə də iki ölkənin müvafiq idarələri arasında dəqiq iş aparılması lazımdır. Tranzit dəhlizinin böyük hissəsi Rusiya Federasiyasının ərazisindən keçir. Biz tərəfdaşlamızla tarif və texlonoji məsələləri razılaşdırmaq istiqamətində işləyirik”.

Qeyd edək ki, “Şimal-Cənub” tranzit dəhlizi Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirmək üçün nəzərdə tutulub. Bu layihə həmçinin İran, Azərbaycan və Rusiya dəmir yollarının birləşdirilməsində rol oynayacaq.

AzNews.az