Hazırlıq kurslarında axırıncı kurs tələbələri və magistrlər iştirak edə bilərlər Hazırlıq kurslarında axırıncı kurs tələbələri və magistrlər iştirak edə bilərlər
  • Mahal
  • 20 Noyabr 2018 15:50
  •  1 053

Biləsuvarda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil ediləcək

Hazırlıq kurslarında axırıncı kurs tələbələri və magistrlər iştirak edə bilərlər

DİM 24 noyabr tarixində Azərbaycan dili, riyaziyyat, ingilis dili, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.

AzNews.az məlumat verir ki, Dövlət İmtahan Mərkəzi 24 noyabr 2018-ci il tarixində saat 09:00-da Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində (Heydər Əliyev prospekti, 2D) Azərbaycan dili, riyaziyyat, ingilis dili, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramlarla (kurikulumlar) məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.

Səidə Nurməmmədli,

AzNews.az