Ərazidə gərginlik qalmaqdadır. Ərazidə gərginlik qalmaqdadır.
  • Toplum
  • 23 Noyabr 2018 15:43
  •  2 399

Badamdardakı sürüşmə ilə bağlı xəbər var

Ərazidə gərginlik qalmaqdadır.

23 noyabr 2018-ci il tarixində Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb.

Monitorinqlər davam etdirilir.

© AzNews.az