- Toplum
- 27 Noyabr 2018 13:35
- 16 879
Azərbaycan Dövlət Pedaqoji Kollecində direktor təyinatı

Dosent İsrail İsa oğlu İsgəndərov kollecin kollektivinə təqdim olunub.
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Təhsil Nazirinin 22 noyabr 2018-ci il tarixli əmrinə əsasən ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor vəzifəsinə təyin olunmuş dosent İsrail İsa oğlu İsgəndərov kollecin kollektivinə təqdim olunub.
Mektebgushesi.az -ın verdiyi məlumata görə, təqdimatda Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, ADPU-nun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov, həmçinin, kollecin kollektivi iştirak etdi.
ADPU-nun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov dossent İsrail İsgəndərovu kollektivə təqdim edərək yeni vəzifəsində və gələcək fəaliyətində uğurlar arzulayıb. Təqdimatda Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Respublikada Təhsil sahəsində qazanılan uğurlardan söz açdı. Azərbaycan Dövlət Pedaqoji Kollecində xüsusilə son illərdə aparılan islahatlar sahəsində böyük uğurların əldə olunduğunu qeyd edib.
İsrail İsgəndərov ona göstərilən yüksək etimada görə Təhsil Nazirinə təşəkkürünü bildirərək bu etimadı layiqincə doğruldacağını vurğulayıb.(mektebgushesi.az)
© AzNews.az