Xəstələrin cərrahi müdaxilə ilə yaraları təmizlənib Xəstələrin cərrahi müdaxilə ilə yaraları təmizlənib
  • Toplum
  • 30 Noyabr 2018 11:58
  •  1 296

Astarada canavarın yaraladığı adamlardan - Xəbər var

Xəstələrin cərrahi müdaxilə ilə yaraları təmizlənib

Səhiyyə Nazirliyi Astara rayonunda canavarların məktəbliləri dişləməsi ilə bağlı hadisəyə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada xəstələrin vəziyyətinin qənaətbəxs olduğu bildirilib:

“Gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavar hücumuna məruz qalıb. Xəsarət alanların hər biri Astara rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub. Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var”.

Qeyd edək ki, Astara rayonunda canavarların məktəblilərə hücumu nəticəsində 7 nəfər xəsarət alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az