- Toplum
- 18 Yanvar 2019 23:11
- 1 615
Polis Bakıda itkin düşən 11 yaşlı uşağı tapdı
2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb.
Bakıda bir neçə gün öncə itkin düşən uşaq tapılıb.
Bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb.
Yanvarın 17-də o, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib. (trend)
AzNews.az