- Toplum
- 23 Yanvar 2019 11:28
- 13 882
Mebel sexi yandı

Sumqayıtda mebel sexində yanğın olub
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) içərisində taxta tullantıları 25 m² sahəsi yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az