"Azərbaycanda əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa aradan qaldırılacaq". "Azərbaycanda əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa aradan qaldırılacaq".
  • Toplum
  • 25 Yanvar 2019 12:42
  •  1 389

Əlillərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa aradan qaldırılır

"Azərbaycanda əlilliyi olan şəxslərin övladlığa uşaq götürməsi ilə bağlı qadağa aradan qaldırılacaq".

Bunu “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Onun sözlərinə görə, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə komitəsindən Azərbaycan hökumətinə bu sahədəki konvensiyanın icrası ilə bağlı suallar daxil olub: "Həmin suallardan da biri Nazirlər Kabiteninin 172 saylı qərarında olan, övladlığa uşaq götürmək istəyən şəxslərin xəstəliklərə dair tələbidir. Həmin tələbdə birinci, ikinci qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürmək məhdudiyyəti qoyulub. Bu da, təbii ki, həmin şəxslərə qarşı ayrı-seçkilikdir".

"Belə bir yanaşmada var ki, uşağın valideynlərindən biri vəfat edirsə və digər valideyni birinci və ya ikinci qrup əlilliyi olan şəxsdirsə, uşaq valideyn himayəsindən məhrum edilmiş hesab olunur. Biz həmin bəndin o şəxslərə qarşı diskriminasiya olduğunu hesab edirik və bu bəndlər sistemdən çıxarılacaq. Burada yanaşma beynəlxalq təcrübədən götürülmüş xəstəliklərdən irəli gəlir. Qərar xəstəliyin şəxsin həyatını nə dərəcədə məhdudlaşdırmasına əsasən veriləcək".(report.az)

© AzNews.az