Sənəd qəbulu fevralın 1-də başlayacaq. Sənəd qəbulu fevralın 1-də başlayacaq.
  • Toplum
  • 25 Yanvar 2019 15:59
  •  1 713

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı

Sənəd qəbulu fevralın 1-də başlayacaq.

2018-2019-cu tədris ili üçün ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı məlum olub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, sənəd qəbulu fevralın 1-də başlayacaq.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək.

Fevralın 3-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı olacaq.

© AzNews.az