Pambıq və taxıl zəmilərində zərərvericilər arta bilər. Pambıq və taxıl zəmilərində zərərvericilər arta bilər.
  • Toplum
  • 25 Yanvar 2019 16:45
  •  2 915

Havaların qış fəslinə uyğun keçməməsinin fəsadları nə ola bilər? - Ekspert rəyi

Pambıq və taxıl zəmilərində zərərvericilər arta bilər.

Azərbaycanda hava şəraitinin qış fəslinə uyğun keçməməsi kənd təsərrüfatına mənfi təsir göstərə bilər.

Bununla bağlı ekspert rəyini öyrənməyə çalışdıq.

Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev AzNews.az-a açıqlamasında məsələyə aydınlıq gətirdi.

O, qeyd etdi ki, qışda havaların soyuq kecməməsi və özünü yaz havası kimi "aparması" kənd təsərrüfatı bitkilərinin erkən oyanmasına gətirib çıxara bilər: "Bu da meyvələrin keyfiyyətli yetişməsinə öz mənfi təsir göstərəcək".

Xosrov Musayev bildirdi ki, pambıq və taxıl zəmilərində də zərərvericilər arta bilər.

Ekspertin fikrincə, qarın yağmaması və şaxtalı günlərin az olması gəmiricilər üçün əlverişli mühit yaradacaq:

"Ümumiyyətlə dünyada baş verən iqlim dəyşikliyi kənd təsərrüfarı bitkilərinə təsiri itkisiz ötüşməyəcək. Ona görə də iqlim dəyşikliyinin təsirinə az məruz qalan bitki sortları yaradılmalı, innovativ texnologiyalara üstünlük verilməlidir".

Səidə Nurməmmədli

AzNews.az