• Toplum
  • 26 Yanvar 2019 17:55
  •  5 002

Bakıda “İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq

Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi - 650” adlı geniş kitab sərgisi açılacaq.

Kitabxanadan verilən məlumata görə, tədbir Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan olunması haqqında imzaladığı müvafiq sərəncamlara əsasən təşkil ediləcək.