- Toplum
- 4 Mart 2019 20:02
- 2 138
Azərbaycanda narkomanların sayı açıqlandı

Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır.
Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların sayı artıb.
Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə bildirilib ki, 2010-cu ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 25 489 nəfər, 2011-ci ildə 26 716 nəfər, 2012-ci ildə 27 910 nəfər, 2013-cü ildə 28 376, 2014-cü ildə 28 656, 2015-ci ildə isə 28 555, 2016-cı ildə 29 448, 2017-ci ildə 30 131, 2018-ci ildə 31 432 nəfər olub.
Narkomanların 26 346 nəfəri dispanser, 50 86 nəfəri profilaktik qeydiyyatdadır.
2015-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 2 017 nəfər, 2016-cı ildə 2 142 nəfər, 2017-ci ildə 2 115, 2018-ci ildə 1995 nəfər olub.
Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb.
AzNews.az