• Toplum
  • 6 Mart 2019 09:52
  •  1 020

Yanğın zamanı 22 nəfər müraciət edib - Səhiyyə Nazirliyi

14 nəfər isə Toksikologiya Mərkəzinə yerləşdirilib.

Səhiyyə Nazirliyi Nərimanov rayonunda yataqxanada baş verən yanğın zamanı xəsarət alan xəstələrin səhhətinə aydınlıq gətirib.

Nazirliyin sözçüsü Səfayə Əhmədova AzNews.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində Təcili Tibbi Yardım Xidmətinə ümumilikdə 22 nəfər müraciət edib:

“İki nəfər dünyasını dəyişib. 8 nəfərə hadisə yerində yardım göstərilib, 14 nəfər Toksikologiya Mərkəzinə yerləşdirilib. Onlardan 5-i hazırda xəstəxanadadır, həyatı təhlükəsi yoxdur. Digərlərinə isə yardım edilib, evə buraxılıb”.

Qeyd edək ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində Azərbaycan İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində Səriyə Hacıyevaya məxsus mənzildə yanğın baş verib. Yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib, iki nəfər isə dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ

AzNews.az