Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.
  • Toplum
  • 20 Mart 2019 10:18
  •  1 578

Bakıda yaşayış binasında yanğın olub, 12 nəfər...

Bakının Nəsimi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 m² sahədə əriyib.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az