Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.
  • Toplum
  • 2 Aprel 2019 16:11
  •  1 375

“Borca görə xaricə çıxışlara qoyulmuş məhdudiyyəti...” - AZAL

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.

Artıq mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin Azərbaycandan çıxışına qoyulmuş məhdudiyyətləri tez bir zamanda öyrənib, Heydər Əliyev Aeroportundakı qoyulmuş Elektron Ədliyyə Köşkləri vasitəsilə ödəmək mümkün olacaq.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.

Məlumata görə, hər vətəndaş Heydər Əliyev Aeroportunda quraşdırılmış Elektron Ədliyyə Köşkləri vasitəsilə borcun olub-olmaması barədə məlumatı dəqiqləşdirib, onu yerindəcə ödəmək imkanı əldə edəcək.

Vətəndaşın adı "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Müdafiə nazirlikləri, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsinin tələbi ilə salınır.

Ədliyyə Nazirliyinin 2016-cı ildə istifadəyə verdiyi onlayn xidmət şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmət təkcə borcluları əhatə edir.

Daxili İşlər Nazirliyi də 2017-ci ildə eyniadlı elektron xidmət istifadəyə verib və bu xidmət də ancaq mülki-hüquqi öhdəlikləri olanları əhatə edir.(report.az)

AzNews.az

image description