Giriş həm yerli, həm də xarici turistlər üçün sərbəstdir Giriş həm yerli, həm də xarici turistlər üçün sərbəstdir
  • Toplum
  • 11 Aprel 2019 16:55
  •  2 150

Qoruqlarda “açıq qapı” günü olacaq

Giriş həm yerli, həm də xarici turistlər üçün sərbəstdir

18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibətilə Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda “açıq qapı” günü elan ediləcək.

AzNews.az xəbər verir ki, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” mehmanxana kompleksi daxil olmaqla) və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqlarına giriş həm yerli, həm xarici turistlər üçün 18 aprel 2019-cu il tarixində saat 10:00-dan axşam saat 19:00-dək pulsuz olacaq.

Səidə Vahid

AzNews.az