Dövlət İmtahan Mərkəzi işçi axtarır

Bu barədə DİM-dən məlumat verilib

Dövlət İmtahan Mərkəzində (DİM) Dövlət qulluğu məsələləri şöbəsi, Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunda məsləhətçi və aparıcı məsləhətçi vəzifələri, Dövlət qulluğu məsələləri şöbəsi, Vəzifə təlimatları və elanlarla iş sektorunda isə aparıcı məsləhətçi vəzifələri vakantdır.

Hər bir vəzifə üzrə əmək haqqı, qulluq funksiyaları, vəzifənin tutulma şərtləri, müsahibə proqramı, müsahibəyə hazırlaşmaq üçün ədəbiyyat siyahısı DİM-in saytının “Mərkəz”>“Vakansiyalar” bölməsində yerləşdirilib.

Qeyd: Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikata, həmçinin xarici dil bilikləri üzrə sertifikata malik olan şəxslərə üstünlük veriləcək və müsahibəyə dəvət olunacaqlar.

AzNews.az