• Toplum
  • 19 Aprel 2019 12:47
  •  531

Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı baş tutacaq

Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir

Mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçiriləcək.

AzNews.az məlumat verir ki, konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi”dir.

Konfrans Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbiridir. TEDxUNEC konfransında AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Liderlik fəlsəfəsi”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı “Azərbaycanın Lideri”, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Liderin Azərbaycanı” mövzuları ilə çıxış edəcəklər.

Qeyd edək ki,TEDx konfransı may ayının 7-də UNEC-in əsas tədris binasının (İstiqlaliyyət küçəsi, 6) böyük akt zalında saat 10:00-da təşkil olunacaq.

Səidə Vahid

AzNews.az