Yer oxu ətrafında fırlandıqça güman ki, kainatda bizim bilmədiyimiz hər hansı bir proses baş verir Yer oxu ətrafında fırlandıqça güman ki, kainatda bizim bilmədiyimiz hər hansı bir proses baş verir
  • Toplum
  • 20 Aprel 2019 11:34
  •  1 698

"İnsanlar təbiət şıltaqlıqlarından qorxmamalıdır"

Yer oxu ətrafında fırlandıqça güman ki, kainatda bizim bilmədiyimiz hər hansı bir proses baş verir

“Kainatda bizim bilmədiyimiz hər hansı bir proses baş verir”.

Bunu AzNews.az-a tibbi ekspert Aqil Qeybulla aprel ayında Azərbaycanda hava şəraitinin kəskin dəyişməsindən danışarkən deyib.

Onun sözlərinə görə, müşahidə edilən iqlim dəyişikliyi o dərəcədə nəzərə çarpır ki, fəsillərin xarakterik keçməməsi göz önündədir:

"Bu il Azərbaycanın dağlıq rayonlarda belə normal şəkildə qar yağmadı. Artıq may ayı yaxınlaşır, hələ də havada qar və soyuq kütləsi var. Bütün bunlar yer kürəsində insanın texnogen fəaliyyəti ilə bağlıdır. Təbiətdə dəyişiklilkər və qlobal istiləşmə gedir. Yer oxu ətrafında fırlandıqça güman ki, kainatda bizim bilmədiyimiz hər hansı bir proses baş verir. Təbiətdə baş verənlər yer kürəsində bioloji həyata təsir edir”.

Aqil Qeybulla insanları təbiət şıltaqlıqlarından qorxmamağa çağırıb:

“Hava şəraiti ola bilər ki, əhval-ruhiyyəni pozsun, yaxud da meyvəni don vursun, məhsuldarlıq az olsun. Bundan qorxmaq lazım deyil. Ən təhlükəli məsələ insanın təbiətə müdaxiləsidir. Biz daha çox bunlardan qorxmalıyıq”.

Bahar RÜSTƏMLİ

AzNews.az