Sumqayıtda 80 yaşlı qadını maşın vurdu

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin 5-ci mikrorayon sakini, 1939-cu il təvəllüdlü Qiyasbəyli Abugünəş Məhəmməd qızı yolu keçmək istəyərkən onu avtomobil vurub. Xəsarət alan 80 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az