Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək
  • Toplum
  • 27 Aprel 2019 13:51
  •  2 131

Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya Və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.