Hadisə Nəsimi rayonunda qeydə alınıb Hadisə Nəsimi rayonunda qeydə alınıb
  • Toplum
  • 24 May 2019 13:06
  •  1 481

Bakı sakini zirzəmiyə girdi, oradan meyiti çıxarıldı

Hadisə Nəsimi rayonunda qeydə alınıb

Bakı şəhər sakini ikimərtəbəli binanın zirzəmisində ölüb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az