Gənclər təşkilatı regionda vətəndaşların qəbulunu keçirdi

Mərkəzin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alınıb

Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində 24 may 2019-cu il tarixində Şirvan Gənclər Evində Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov, mərkəzin hüquqşünası Kənan Əbdurəhmanov və sosial işçi Ülviyyə Şahbazovanın iştirakı ilə Şirvan şəhəri, Sabirabad və Hacıqabul rayonlarından müraciət edən vətəndaşların qəbulu keçirilib.

AzNews.az xəbər verir ki, vətəndaşların qəbulu zamanı əlil uşaqların müalicəsi, övladlığa verilmə, gənc ailələrə yardım, erkən nigahlar, boşanmaların yaratdığı problemlər, qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, nigahın pozulması və təyin olunmuş alimentin ödənilməməsi, birgə nigah dövründə əldə edilmiş əmlakın bölünməsi və birgə nigah dövründə hədiyyə edilmiş əmlakın alınması ilə bağlı müraciətlər və təkliflər dinlənilib.

Mərkəzin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alınıb.

Yaxın zamanda Mərkəz tərəfindən dövlət qurumlarının iştirakı ilə koordinasiya şurasının iclasının keçiriləcəyi və aidiyyatı qurumlar üzrə məsələlərin həlli istiqamətində müzakirələr aparılacağı qeyd olunub.

AzNews.az

image description image description image description image description image description