Millət vəkili Aydın Mirzəzadə bu barədə sosial şəbəkədə yazıb Millət vəkili Aydın Mirzəzadə bu barədə sosial şəbəkədə yazıb
  • Toplum
  • 14 İyun 2019 14:30
  •  947

Fərizənin anası vəfat etdi

Millət vəkili Aydın Mirzəzadə bu barədə sosial şəbəkədə yazıb

20 Yanvar 1990-cı il faciəsində dünyasını dəyişən Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə məlumat verib.

O, məlumatın mərhumun yaxınları tərəfindən verildiyini deyib.

Xatırladaq ki, İlham Allahverdiyev 1990-ci il 20 Yanvarda aldığı güllə yarasından dünyasını dəyişib. Onun həyat yoldaşı isə hadisədən bir neçə gün sonra sirkə turşusu içərək intihar edib.

Bahar RÜSTƏMLİ

AzNews.az