Şəki rayonunda taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib Şəki rayonunda taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib
  • Toplum
  • 24 İyun 2019 20:13
  •  2 408

Şəkidə taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib - Xəsarət alan var

Şəki rayonunda taxıl sahələrində başlayan yanğın yaşayış evlərinə keçib

Bu gün günorta saatlarında rayonun Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

Yanğın küləyin təsiri ilə güclənərək evlərə keçib və 3 evə ziyan dəyib. Yanğın nəticəsində 33 yaşlı Tural Nəmişov yanıq xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Əraziyə Şəki, Oğuz və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.(Report)