Mingəçevirə qohumlarına qonaq gələn ikiyaşlı almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb Mingəçevirə qohumlarına qonaq gələn ikiyaşlı almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb
  • Toplum
  • 24 İyun 2019 22:29
  •  1 653

Mingəçevirdə almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb

Mingəçevirə qohumlarına qonaq gələn ikiyaşlı almaniyalı uşaq ikimərtəbəli evdən yıxılaraq ağır xəsarət alıb

Hadisə şəhərin Samux küçəsində baş verib.

Həmin ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış evinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yıxılan 2017-ci il təvəllüdlü Yəhyayeva Magina Qadir qızıdır.
O, ağır xəsarət alıb. Şəhər xəstəxanasına çatdırılan yaralı tibbi yaradım aldıqdan dərhal sonra Gəncədə yerləşən klinikalardan birinə göndərilib. Onun durumunun ağır olduğu deyilir.

Uşağın baş nayihəsindən ciddi zərbə aldığı deyilir. O da məlum olub ki, yaralanan uşaq Almaniya vətəndaşıdır, ailəsilə birgə orada yaşayır. Mingəçevirə qohumlarının evinə qonaq gəlibmiş. Bu gün onun doğum gününü qeyd edirlərmiş.