Rusiyadan deportasiya olunmuş azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır. Rusiyadan deportasiya olunmuş azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.
  • Toplum
  • 25 İyun 2019 21:13
  •  2 449

Rusiyadan deportasiya olunmuş jurnalist Fuad Abbasov artıq Bakıdadır - YENİLƏNİB

Rusiyadan deportasiya olunmuş azərbaycanlı jurnalist Fuad Abbasov artıq Bakıdadır.

Onu gətirən təyyarə artıq Heydər Əliyev adına Hava Limanına enib.

Jurnalisti hava limanında ailə üzvləri, dostları və media nümayəndələri qarşılayıb.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.

***

Bu barədə onun vəkili Teyyub Şərifov məlumat verib.

Belə ki, 25 iyun 2019-cu il tarixində Fuad Abbasov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin nəzarəti altında Vnukovo hava limanından Azərbaycan Hava Yollarının Moskva-Bakı reysi ilə Azərbaycana yola salınıb. (APA)