SOCAR prezidentinin məktubunu Xalik Məmmədov oxuyub SOCAR prezidentinin məktubunu Xalik Məmmədov oxuyub
  • Toplum
  • 4 İyul 2019 11:31
  •  2 639

“Bu gənclərdən 276-sı SOCAR-da yüksək vəzifələrdə çalışır” - Rövnəq Abdullayev

SOCAR prezidentinin məktubunu Xalik Məmmədov oxuyub

"İndiyə qədər 300-ə yaxın gənc şirkətimizin xarici təqaüd proqramına, 2000 nəfərdən çox tələbə isə açıq müsabiqədə qalib gələrək daxili təqaüd proqramına cəlb edilib".

Bunu Bakı Ali Neft Məktəbinin (BANM) məzun törəni münasibəti ilə Ali məktəbin kollektivinə göndərdiyi təbrik məktubunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

SOCAR prezidentinin məktubunu isə qurumun vitse-prezidenti Xalik Məmmədov oxuyub.

R.Abdullayevin sözlərinə görə, SOCAR-ın təqaüdlərini qazananlar müsabiqədənkənar iş və evlə təmin olunurlar: "Hazırda xarici təqaüd proqramına cəlb olunmuş gənclərdən 276-sı, daxili təqaüd proqramlarından keçən gənclərin isə 212-si SOCAR-da yüksək vəzifələrdə çalışır".(report.az)

AzNews.az