Hazırda mağazada baş verən tüstülənmənin qarşısı alınır Hazırda mağazada baş verən tüstülənmənin qarşısı alınır
  • Toplum
  • 8 İyul 2019 09:08
  •  2 368

“Ağ çiçəyim” gül mağazasındakı yanğın söndürüldü - Yenilənib

Hazırda mağazada baş verən tüstülənmənin qarşısı alınır

Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasında baş verən yanğın söndürülüb.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını və 20-dək canlı qüvvəsi cəlb olunub.

Yanğın səhər saat 06:30 radələrindən başlayıb. İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Hazırda mağazada baş verən tüstülənmənin qarşısı alınır. (report.az)

***
08:48

Bakının Nizami rayonu ərazisində, "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül mağazası yanır.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası gəlib.

Qara Qarayev prospektinin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da ərazidə müvafiq tədbirlər görür. (APA)