- Toplum
- 10 İyul 2019 10:02
- 2 913
Bakıda qayınanası ilə dalaşan kişidən şok addım

Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib
Hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.
Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.
Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.
Ə. Babayev xəstəxanaya çatdırılıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.(trend.az)
AzNews.az