• Toplum
  • 12 İyul 2019 20:16
  •  4 796

BNA küləklə bağlı xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) küləklə bağlı xəbərdarlıq edib

Bu barədə Agentlikdən Aznews.az-a məlumat verilib.

BNA hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmağı tövsiyə edir:

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.