Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Toplum
  • 12 İyul 2019 22:03
  •  2 895

Sumqayıtda “KamAZ”ın vurduğu 24 yaşlı qız hadisə yerində ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qəza şəhərin Səməd Vurğun küçəsində “Hacı Zeynalabdin Tağıyev” istiqamətinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 1995-ci il təvəllüdlü Əhmədzadə Səbinə Elçin qızını “KamAZ” markalı yük avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Qəzanı törədən yük avtomobilinin sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırm aparılır. (APA)