Sabiq naziri Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar Sabiq naziri Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar
  • Toplum
  • 17 İyul 2019 10:06
  •  2 290

İsgəndər Həmidovun səhhəti yenidən ağırlaşdı

Sabiq naziri Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar

Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun səhhəti kəskin ağırlaşıb.

Bu barədə AzNews.az-a Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Qələndər Muxtarlı xəbər verib.

Onun sözlərinə görə, dünən gecə saatlarında onun böyrəyində kəskin ağrılar başlayıb:

"Sabiq naziri Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlər müayinə edib, hazırda Şamaxıda evindədir”.

Xatırladaq ki, sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun bir müddət öncə səhhətində problemlər yaranıb. Yaxınlarının verdiyi məlumata görə, o, böyrək xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ

AzNews.az