• Toplum
  • 24 İyul 2019 22:07
  •  4 501

DİM: Subbakalavrların ixtisas seçimi digər abituriyentlərlə birgə aparılır

Bu il 14 mindən çox subbakalavr ali məktəblərə qəbul müsabiqəsində iştirak edir

Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, bu ildən subbakalavrlar ali məktəblərə imtahan vermədən qəbul oluna bilərlər:

"İxtisas seçimində subbakalavrlar da digər abituriyentlər kimi iştirak edəcəklər. Onların seçimi digər abituriyentlərlə eyni vaxtda aparılır".