İmişli rayonunda yanğın qeydə alınıb İmişli rayonunda yanğın qeydə alınıb
  • Toplum
  • 29 İyul 2019 22:58
  •  2 418

İmişlidə fermada yanğın olub

İmişli rayonunda yanğın qeydə alınıb

FHN-dən Aznews.az-a verilən məlumata görə, rayonun Otuziki kəndində ümumi sahəsi 1700 m² olan fermanın dam örtüyünün taxta atmaları 150 m² sahədə və fermanın içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​