F.Poladov MMA-da bir çox uğurlara imza atıb F.Poladov MMA-da bir çox uğurlara imza atıb
  • Toplum
  • 31 İyul 2019 15:49
  •  15 166

Qəzada dünyasını dəyişən dünya çempionunun məzar daşı - FOTO

F.Poladov MMA-da bir çox uğurlara imza atıb

Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qəzada ölən MMA üzrə dünya və Avropa çempionu Fərhad Poladovun məzarından foto yayılıb.

AzNews.az xəbər verir ki, Fərhad Poladovun məzarına baş daşı qoyulub.

Qeyd edək ki, iyunun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb.

İdmançı "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq idmançı ötən gün dünyasını dəyişib.

Xatırladaq ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb.

F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.

Aynur

AzNews.az

image description