Bu barədə Qabil Hüseynli məlumat verib Bu barədə Qabil Hüseynli məlumat verib
  • Toplum
  • 20 Avqust 2019 12:36
  •  3 311

Xəzərə düşən pilotumuzun nəşi tapıldı

Bu barədə Qabil Hüseynli məlumat verib

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun cəsədi tapılıb.

Pilotun qayınatası Qabil Hüseynli bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.

Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.(apa.az)

AzNews.az