Göygöl rayon ərazisində olan meşəlik ərazidə baş vermiş yanğın söndürülüb Göygöl rayon ərazisində olan meşəlik ərazidə baş vermiş yanğın söndürülüb
  • Toplum
  • 21 Avqust 2019 21:32
  •  2 967

Göygöldə meşə zolağında baş vermiş yanğın söndürülüb

Göygöl rayon ərazisində olan meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Ümümi sahəsi 2 hektardan çox meşəlik ərazinin 0.5 hektara yaxın ərazisini əhatə edən yanğın söndürülüb və yanğının meşəlik əraziyə tam keçməsinin qarşısı alınıb. Yanğın zamanı iri və xırda gövlədi ağaclar və köl-kos yanıb.

Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Yanğından Mühafizə Hissəsindən "Report"un Qərb Mərkəzinə verilən məlumatına görə, hazırda ərazidə tüstülənmə olsa da yanğının qarşısı alınıb. Əraziyə Göygöl rayon Yanğından Mühafizə Hissəsinin 2 və kömək məqsədilə isə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 1, Gəncənin bölməsindən isə (Hacıkənd qəsəbəsindən) 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Əraziyə yaxın heç bir yaşayış massivi yoxdur və hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq. (Report)