Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb
  • Toplum
  • 22 Avqust 2019 18:51
  •  1 881

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib

Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğınla bağlı məlumat yayıb

Aznews.az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.