Nazirlik məlumat yaydı Nazirlik məlumat yaydı
  • Toplum
  • 25 Avqust 2019 13:47
  •  2 247

Həftənin ilk iş gününə olan hava proqnozu

Nazirlik məlumat yaydı

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərind (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.

AzNews.az