• Toplum
  • 25 Avqust 2019 14:58
  •  4 269

Goranboyda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb

Bu gün Goranboy rayonunda yol-nəqliyyat qəzası olub

Hadisə Goranboy-Naftalan avtomobil yolunun Naftalan şəhərinə yaxın hissəsində baş verib.

"VAZ 2106" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı azyaşlıya hadisə yerində tibbi yardım göstərilib.