"Məhz həmin maddələrin genişləndirilməsi məsləhət oldu” "Məhz həmin maddələrin genişləndirilməsi məsləhət oldu”
  • Toplum
  • 18 Sentyabr 2019 13:33
  •  1 483

Bu qanun layihəsi müzakirələrdən çıxarıldı

"Məhz həmin maddələrin genişləndirilməsi məsləhət oldu”

Milli Məclis hazırlanma mərhələsində olan “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsini müzakirələrdən çıxarıb.

Bu barədə parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova məlumat verib.

Parlamentdə “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” ayrıca bir qanunun qəbulu istənilirdi. Səhiyyə Nazirliyi ilə bağlı danışıqlar aparıldı, bildirildi ki, bu barədə ayrıca bi qanuna hazırda ehtiyac yoxdur. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda bununla bağlı bir neçə maddə var. Məhz həmin maddələrin genişləndirilməsi məsləhət oldu”. (Report)

AzNews.az