Axtarışlar dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb. Axtarışlar dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb.
  • Toplum
  • 15 Oktyabr 2019 00:00
  •  2 572

İtkin düşən balıqçının axtarışları davam etdirilir

Axtarışlar dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb.

Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxaraq itkin düşən 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarışlara nazirliyin Aviasiya dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 kilometr dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb.

Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

AzNews.az