O, heç bir təzyiqə məruz qalmadığını deyib O, heç bir təzyiqə məruz qalmadığını deyib
  • Toplum
  • 15 Oktyabr 2019 12:45
  •  10 480

Pərvanə Əhmədova: Alo, eşidirsiniz, müxalifət? Məni öz oyunlarınızda alət etməyin! - VİDEO

O, heç bir təzyiqə məruz qalmadığını deyib

Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədova video müraciət yayıb.

Onun yaydığı video müraciət nə qədər məyusedici olsa da bir acı reallıqdır. Həm də bir dərs...

O dərs ki, bizlərə təsadüfi və tanımadığımız adamlardan qəhrəman “düzəltməyi” bəlkə bizlərə tərgitdi...

Belə ki, redaksiyamıza daxil olmuş video müraciətdə Demokratik Qüvvələrin Milli Şurasının 8 oktyabr 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girmiş Pərvanə Əhmədova müxalifət düşərcəsini tənqid edərək, onunla bağlı müxalifət düşərgəsini şayiə yaymaqda ittiham edib.

Pərvanə Əhmədova heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, özünə məxsus formada müxalifət düşərcəsinə müraciət edib.

O müraciətində “Alo, eşidirsiniz, müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb...

AzNews.az