Fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıblar Fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıblar
  • Toplum
  • 17 Oktyabr 2019 17:38
  •  1 763

Beynəlxalq tədbirin iştirakçıları Gənclər Fondunda qonaq oldu

Fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıblar

Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərində təşkil etdiyi “Gənc sahibkarlar klubu” adlı beynəlxalq layihəsinin iştirakçıları Gənclər Fondunda səfərdə olublar.

6 ölkəni təmsil edən 30 gəncə Fondun fəaliyyəti haqqında geniş məlumat verilib, təqdimat nümayiş etdirilib.

Fondun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq, Fondun gənclər üçün yaratdığı imkanlar barədə danışıb, dövlətin gənclərə hərtərəfli dəstək verdiyini, hər zaman onların yanında olduğunu vurğulayıb.

Daha sonra Fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıblar.

Mərkəzin Baş katibi Gülnar Xəlilova səmimi qəbula görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib.

AzNews.az