Qəza Nərimanov rayonunda qeydə alınıb Qəza Nərimanov rayonunda qeydə alınıb
  • Toplum
  • 21 Oktyabr 2019 09:19
  •  1 244

Bakıda 2 avtomobil toqquşdu - ata və oğlu yaralandı

Qəza Nərimanov rayonunda qeydə alınıb

Bu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib.

B. Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B. İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır. (Report)