Vəkillər üçün inzibati hüquqa dair təlim keçirildi - FOTO

Seminarda Vəkillər Kollegiyasının 20-dək üzvü iştirak edib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2019-cu il fəaliyyət planına uyğun olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməkdədir.

Tədbirlərin davamı olaraq, vəkillər üçün 18-20.10.2019-cu il tarixlərdə Dəvəçi rayonunda “İnzibati prosesdə müxtəlif iddia növlərinin yoxlanılması” mövzusunda mövzusunda seminar keçirilib, seminarda Vəkillər Kollegiyasının 20-dək üzvü iştirak edib.

Seminarlarda ekspert qismində inzibati hüquq üzrə təlimçilərdən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usubun və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazovun mühazirələri dinlənilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Gələcəkdə Vəkillər Kollegiyası üzvləri üçün bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulub.

AzNews.az

image description image description image description