Saat 16:00-da AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək Saat 16:00-da AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək
  • Toplum
  • 23 Oktyabr 2019 09:07
  •  3 544

AMEA-nın 85 yaşlı prezidenti dünən istefa verib - Bu gün yeni prezident seçiləcək

Saat 16:00-da AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti-akademik Akif Əlizadə istefa verib. Bu barədə ilk xəbəri etikxeber.az saytı yayıb.

Bu gün səhər tezdən informasiyanı dəqiqləşdirmək üçün AzNews.az AMEA-nın adının çəkilməsini istəməyən əməkdaşı ilə əlaqə saxlayıb. O da bu xəbəri təsdiq edərək bildirdi ki, A. Əlizadə dünən günorta saatlarında istefa ərizəsi yazıb.

Mənbənin sözlərinə görə, hələ bir müddət öncə A. Əlizadənin AMEA prezidentliyindən getməsi gözlənilsə də, son anda məsələ hansısa səbəbdən təxirə salınıb.

“Ancaq dünən onun istefa verməsi xəbərini aldıq. Bu gün saat 16:00-da isə AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və orada yeni prezident seçiləcək. Səsvermədə də yalnız AMEA-nın həqiqi üzvləri-akademiklər iştirak edəcək, çünki prosedur belədir”-deyə, mənbə bildirib.

A. Əlizadənin 85 yaşı var.

Qeyd edək ki, A. Əlizadə 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.

AzNews.az